Ronaldo millidən ayrıldığı üçün cəzalandırıla bilər
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komandadan icazəsiz ayrıldığı üçün 1-6 ay müddətinə milli oyunlardan kənarlaşdırıla və 500-1000 avro məbləğində cərimələnə bilər.
Operativ Media xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Portuqaliya Futbol Federasiyasının intizam reqlamentinə əsasən, 41 yaşlı futbolçunun milli komandanın oyunlarında iştirakına müəyyən müddətlik qadağa qoyula bilər. Həmçinin onun maliyyə cəzası ilə üzləşməsi mümkündür.
Sentyabrın 30-da Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş mətbuat konfransında Ronaldonun oktyabrın 1-də Danimarkaya qarşı keçiriləcək oyunda iştirak etməyəcəyini açıqlayıb. Futbolçu turnirin əvvəlki turunda Norveçlə qarşılaşmada (2:1) da meydana çıxmayıb.
Bundan sonra Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk etmək qərarına gəldiyini açıqlayıb və səbəblər barədə zamanı gələndə həqiqəti danışacağını bildirib. Jezuş və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Kopenhagen hava limanında 41 yaşlı hücumçunu qərarından daşındırmağa çalışsalar da, futbolçu bundan imtina edib.
Oktyabrın 1-də jurnalist Fabritsio Romano Ronaldonun Madridə çatdığını bildirib.
Ronaldo Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qol vurub. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub, həmçinin iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb.
dəqiqələr içində saytın olsun.