“Raytheon” Pentaqona 24,4 milyard dollar dəyərində raket tədarük edəcək
ABŞ-nin əsas hərbi podratçılarından olan “Raytheon” şirkəti ölkədə sursat ehtiyatlarının azalması fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinə SM-6 raketlərinin tədarükü ilə bağlı Pentaqonla 24,4 milyard dollarlıq müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müqavilənin ilkin müddəti beş il müəyyən edilib və onun daha iki il uzadılması imkanı nəzərdə tutulub. Pentaqonun bildirdiyinə görə, saziş ABŞ Hərbi Dəniz Qüvvələrinin SM-6 raketləri ilə fasiləsiz və etibarlı təminatına imkan verəcək.
Müdafiə Nazirliyi qeyd edib ki, müqavilə hava və dəniz əməliyyatlarının aparılması üçün zəruri sursat hesab edilən bu raketlərin istehsalının sürətləndirilməsinə şərait yaradacaq.
Sentyabrın ortalarında Pentaqonun Baş Müfəttiş Aparatı İranla müharibə səbəbindən ABŞ-də sursat çatışmazlığının yarandığını açıqlayıb.
Bundan əlavə, ABŞ Konqresinin Büdcə İdarəsi ölkənin raket-interseptor ehtiyatlarının azalması ilə bağlı narahatlığını ifadə edib. İdarənin məlumatına görə, ABŞ 2025-ci ilin iyunundan etibarən bu tip sursat ehtiyatlarının yarısından üçdə ikisinədək hissəsini istifadə edib.
dəqiqələr içində saytın olsun.