Menyu

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollar ziyan görüb

Operativ Media
Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollar ziyan görüb
1 dəq oxu

Ukrayna hökuməti Rusiya ilə müharibə nəticəsində ölkəyə dəymiş ümumi zərərin 600 milyard dollardan çox olduğunu qiymətləndirir.

Operativ Media xəbər verir ki, bunu Ukraynanın Macarıstandakı səfiri Fyodor Şandor bildirib.

Diplomat Macarıstanın “InfoRadio” radiostansiyasına müsahibəsində ümumi zərərin 600 milyard dolları keçdiyini deyib.

Onun sözlərinə görə, 60 milyard dollardan çox dəyərində sənaye obyektləri dağıdılıb. Nəqliyyat infrastrukturuna dəyən zərər 96 milyard dollar, enerji sektorunda itkilər isə 100 milyard dollardan çox qiymətləndirilir.

Şandor bildirib ki, zərərin həcmi hər gün artır.

Eyni zamanda, səfir Ukraynanın hərbi əməliyyatları davam etdirmək imkanına malik olduğunu iddia edib.

Əlaqəli Xəbərlər