Menyu

ABŞ Avropa üçün ayrılan 52 milyon dolları Latın Amerikasına yönləndirib

Operativ Media
ABŞ Avropa üçün ayrılan 52 milyon dolları Latın Amerikasına yönləndirib
1 dəq oxu

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqres komitələrinin etirazına baxmayaraq, Avropa və Yaxın Şərq ölkələri üçün nəzərdə tutulan on milyonlarla dollar vəsaiti Latın Amerikası ölkələrinə yönləndirib.

Operativ Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti oktyabrın 1-də üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti sentyabr ayında vəsaitlərin istiqamətinin dəyişdirilməsi ilə bağlı Konqresi məlumatlandırıb. Bundan sonra senator Cin Şahin və Nümayəndələr Palatasının üzvü Qreqori Miks prosesin qarşısını alıblar.

Lakin qəzetin məlumatına görə, ABŞ administrasiyası bu həftə Konqresə əvvəlki qadağanı nəzərə almayacağını və 52 milyon dolların Panama, Peru, Ekvador və Kolumbiyaya köçürüləcəyini bildirib.

Sözügedən vəsait ilkin olaraq Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün təsdiqlənib.

ABŞ Dövlət Departamenti isə “The Washington Post”a açıqlamasında vəsaitlərin yenidən bölüşdürülməsinin ölkənin milli maraqlarına zidd olmadığını bildirib.

Qurumun məlumatına görə, maliyyənin Yaxın Şərq və Avropadan Qərb yarımkürəsinə yönəldilməsi ABŞ-ın milli təhlükəsizlik strategiyasına uyğundur. Departament hesab edir ki, bu maliyyələşdirmə Qərb yarımkürəsində narkotik terrorizminə qarşı mübarizəyə və Panama kanalının təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər