Menyu

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Operativ Media
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
1 dəq oxu

Yaponiya hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə Yomiuri qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı ölkələrinin son dövrlərdə Rusiyaya qarşı sanksiya təzyiqini artırması fonunda Tokionun da analoji addıma qoşulması istisna edilmir.

Yeni məhdudiyyətlərin hədəfinə Rusiyanın “kölgə donanması”na aid gəmilərin daxil edilə biləcəyi bildirilir. Bundan başqa, ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixraca nəzarətin sərtləşdirilməsi imkanları da nəzərdən keçirilir.

Sanksiyaların mümkün tətbiqi Rusiya Prezidenti Vladimir Putinin İturupa səfəri ilə də əlaqələndirilir. Bu səfər Tokio tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər