Menyu

Vaşinqton Yaxın Şərqə əlavə Patriot sistemləri yerləşdirib

Operativ Media
Vaşinqton Yaxın Şərqə əlavə Patriot sistemləri yerləşdirib
1 dəq oxu

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə neft-qaz hasilatı obyektlərinin mühafizəsi üçün əlavə iki “Patriot” zenit-raket kompleksi batareyası yerləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə oktyabrın 1-də “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton bu addımla müttəfiqlərinə İranla bağlı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə əsas enerji obyektlərinin qorunmasının təmin ediləcəyinə dair təminat vermək istəyib.

Portalın məlumatına əsasən, belə bir ssenariyə hazırlıq çərçivəsində ABŞ Silahlı Qüvvələri Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcı təyyarələr və şəxsi heyət göndərir.

Əlaqəli Xəbərlər