Menyu

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur
1 dəq oxu

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının ikinci yarış günündə Azərbaycanı iki çəki dərəcəsində 4 cüdoçu təmsil edəcək.

Operativ Media xəbər verir ki, qadınlar arasında 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 final mərhələsində İsrail təmsilçisi Gefen Primo ilə qarşılaşacaq.

Kişilər arasında 66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya cüdoçusu Luukas Saha ilə üz-üzə gələcək. Nizami İmranov isə bu mərhələdə Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə mübarizə aparacaq.

Ruslan Paşayev 1/16 final mərhələsində Türkmənistan təmsilçisi Serdar Rahimov – İspaniya cüdoçusu Adrian Nieto Çinarro cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 10:00-da, açılış mərasimi 16:30-da, final bloku isə 18:00-da başlayacaq.

Yarışları CBC Sport və Judo TV vasitəsilə canlı izləmək mümkündür.

Dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər