Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq və Mari Di Varqas Ley (Çili) ilə üz-üzə gələcək.
Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq. Əhməd Yusifov isə eyni mərhələdə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarışın təsnifat mərhələsi saat 11:30-dan etibarən CBC Sport kanalında, final bloku isə saat 18:00-dan başlayaraq İctimai TV-də canlı yayımlanacaq.
dəqiqələr içində saytın olsun.