Menyu

Bir sıra rayonlarda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Şəfa Hüseynli
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
1 dəq oxu

Oktyabrın 5-də bir sıra rayonlarda 10 kV-luq hava elektrik verilişi xətlərində və bəzi güc mərkəzlərində təmir, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.

Operativ Media-ya bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Ağdərə Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq 11 və 13 saylı hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 17:00-dək rayonun bir sıra yaşayış məntəqələrində, eləcə də Aşağı Oratağ, Yuxarı Orqtağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bərdə EŞ-yə daxil olan 10 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Cicimli, Hacallı, Qayalı, Mexdixanlı kəndlərini əhatə edəcək.

Goranboyun Əhmədabad, Kəhrizli, Muzdurlar, Səmədabad və Yolpaq kəndlərinin bəzi ərazilərində 10 kV-luq "Səmədabad" hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Göyçayda bır sıra 10 kV-luq hava xətlərinə toxunan ağaclar budanacaq və bəzi Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri icra ediləcək. Bu zaman Alıkənd, Cırqurd, Çərəkə, Hacalıkənd, Xəlitli, Qarabaqqal, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mallı Şıxlı, Mırtı, Müskürlü, Şəkər, Üngütlü, Veysəlli, Yalman və Yeniarx kəndlərinin bir hissəsində saat 11:00-dan 16:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Yevlax EŞ ərazisində 10 kV-luq "2 saylı Qaramanlı" və "RTŞ" hava xətlərində yerinə yetiriləcək təmir işləri zamanı saat 10:00-dan 15:00-dək Aşağı Bucaq, Dəlləklər, Hacımahmudlu, Xaldan, Köyük, Qaramanlı, Nəmirli və Yuxarı Bucaq kəndlərinin bir sıra yerlərində enerjinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər