FIDE rəhbəri Bakıya gəlib, AŞF prezidenti ilə görüşüb
Operativ Media
1 dəq oxu
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.
Operativ Media xəbər verir ki, səfər çərçivəsində Timur Turlov Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilə görüşüb.
Görüşdə Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, ötən ay Timur Turlov FIDE-nin yeni prezidenti, Mahir Məmməd isə üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu