Menyu

23 Çin Xalq Respublikası vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq

Operativ Media
23 Çin Xalq Respublikası vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq
1 dəq oxu

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 23 Çin Xalq Respublikası vətəndaşı Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, eləcə də texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.

Qeyd edək ki, Hökumətlərarası Təqaüd Proqramları ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, eləcə də ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər