Menyu

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək

Operativ Media
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
1 dəq oxu

Türkiyə və Pakistanın razılaşdırılmış hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına yerləşdirilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bu barədə “TRT Haber”ə istinadən məlumat yayılıb.

Qərar Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra qəbul edilən birgə bəyanatda açıqlanıb.

Bəyanatda bildirilib ki, kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlanılması və tərəflərin milli qanunvericiliyinə uyğun olaraq razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi üçün tədbirlər görüləcək.

Qeyd olunub ki, bu addım təhdidlərə qarşı hazırlıq səviyyəsinin, hərbi inteqrasiyanın və kollektiv müdafiə imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər