Berlində Mərkəzi Asiya ilə Z5+1 sammiti keçiriləcək
Şəfa Hüseynli
1 dəq oxu
Almaniya Berlində Mərkəzi Asiya ölkələrinin dövlət və hökumət başçılarının Z5+1 formatında zirvə görüşünə ev sahibliyi edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Türkmənistandakı səfiri Petra Daxtler bildirib.
"Berlin şəhərində Z5+1 formatında dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək qarşıdan gələn sammiti səbirsizliklə gözləyirik",- səfir qeyd edib.
Səfirin sözlərinə görə, Z5+1 formatı Almaniya ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir.
Qeyd edək ki, sözügedən format iqtisadiyyat, enerji və təbii sərvətlər, regional əməkdaşlıq, dayanıqlılıq, iqlim və ətraf mühit, eləcə də insanlararası təmaslar sahəsində əməkdaşlığı əhatə edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu