Paşinyan: Şakidə saxlanılan azərbaycanlı hərbçi bir müddət Ermənistanda qalacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçərək Şaki kəndində saxlanılan azərbaycanlı hərbçinin bir müddət Ermənistanda qalacağını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Paşinyan açıqlama verib.
Onun sözlərinə görə, hərbçi ilə bağlı cinayət işi üzrə bütün prosedurlar Ermənistan ərazisində həyata keçiriləcək. Paşinyan hazırda hərbçinin həbsdə olduğunu və istintaqın davam etdiyini qeyd edib.
Mümkün mübadilə ilə bağlı suala cavab verən Baş nazir konkret mövqe bildirməyib.
Paşinyan həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verməsinə baxmayaraq, Şaki kəndi sakinlərinin niyə xəbərdar edilməməsi məsələsinə də münasibət bildirib.
Baş nazir qeyd edib ki, həmin şəxsin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb.
dəqiqələr içində saytın olsun.