Britaniyalı nazir: Azərbaycanla yeni strateji tərəfdaşlıq sənədi üzrə razılaşmışıq
Böyük Britaniya ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq sənədi üzrə razılıq əldə olunub. Nəqliyyat və rəqəmsal infrastruktur sahələri üzrə də yol xəritəsi imzalanıb.
Operativ Media xəbər verir ki, bunu Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar sosial şəbəkədəki paylaşımında bildirib.
O qeyd edib ki, əldə olunan razılaşmalar iki ölkə arasında iqtisadi və təhlükəsizlik əlaqələrini dərinləşdirəcək.
Sarvar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təhsil, elm, rəqəmsal transformasiya, enerji və infrastruktur sahələrində əməkdaşlıq barədə razılığa gəldiklərini bildirib.
Onun sözlərinə görə, tərəfdaşlıq açıq ticarət, investisiya və innovasiya prinsipləri üzərində qurulacaq. O, həmçinin xalqlar və bizneslər arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Bakıdayam, razılaşmalar əldə edirəm və Britaniya biznesini və sənayesini dəstəkləyirəm”, - deyə Sarvar paylaşımında qeyd edib.
🇬🇧 🤝 🇦🇿 We have agreed the text of a new strategic partnership between the United Kingdom and Azerbaijan. And we have signed a roadmap for transport and digital infrastructure.
— Anas Sarwar (@AnasSarwar) October 6, 2026
It will deepen our economic and security ties and write the next chapter.
In my meeting with… pic.twitter.com/HnRWPuGSmV
dəqiqələr içində saytın olsun.