Menyu

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Şəfa Hüseynli
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
1 dəq oxu

Türkiyə Məkkə Müdafiə Paktının bir hissəsi olaraq krallıqdakı hərbi mövcudluğunu genişləndirmək planları fonunda Səudiyyə Ərəbistanında baza yerləşdirə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərindən istifadə edərək Səudiyyə Ərəbistanının dörd əsas qaz və elektrik enerjisi obyektinin qorunmasında iştirak edəcək. Bölgəyə yerləşdiriləcək qoşunların sayı yaxın günlərdə müəyyən ediləcək.

Səudiyyə Ərəbistanına Türkiyə hərbi kontingentinin göndərilməsi qərarı Səudiyyə Ərəbistanı parlamenti tərəfindən veriləcək. Bunun oktyabr ayında baş tutması gözlənilir.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Ankara yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud sayda kontingent və hərbi texnika göndərəcək. Türkiyə 2025-ci ildən başlayaraq vacib infrastrukturu qorumaq üçün ölkəyə 200-dən çox hərbi mütəxəssis, texniki qrup, hava hücumundan müdafiə və elektron müharibə vasitələri göndərəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər