Menyu

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

Operativ Media
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir
1 dəq oxu

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.

Bu barədə Operativ Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bildirilib ki, il boyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanından minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər