Menyu

"Qarabağ"ın gənc hücumçusu Yunanıstan klubuna keçir

Operativ Media
"Qarabağ"ın gənc hücumçusu Yunanıstan klubuna keçir
1 dəq oxu

“Qarabağ”ın futbolçusu Əli İbrahimin Yunanıstanın “Olimpiakos” klubuna yollanacağı dəqiqləşib.

Operativ Media yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı hücumçu tezliklə adıçəkilən ölkəyə gedəcək.

Klublar arasındakı razılığa əsasən, Əli bir müddət “Olimpiakos”da sınaqdan keçiriləcək. Futbolçu Yunanıstan nəhəngində özünü doğrulda bilsə, “Olimpiakos” transferi həyata keçirmək üçün “Qarabağ”la danışıqlara başlayacaq.

Pirey təmsilçisi onu əvvəlcə B komandasına cəlb edəcək və həmyerlimiz əvəzedici komandada çıxış edəcək.

Qeyd edək ki, Əli İbrahim son olaraq Azərbaycanın U-20 millisinin heyətində təlim-məşq toplanışında iştirak edib

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər