İmişli, Ağdaş, Göyçay, Xaçmaz və Mingəçevirin bir sıra ərazilərində işıq olmayacaq
Oktyabrın 8-də bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) yarımstansiyalarda və müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
İmişlidə yerləşən 110/35/10 kV-luq “İmişli” yarımstansiyasında görüləcək təmir işləri zamanı şəhər ərazisində Heydər Əliyev və Zəfər prospektləri, eləcə də Bülbül, Həzi Aslanov, Məhəmməd Əsədov, Pənah Həsənov, Tofiq İsmayılov küçələrinin bir hissəsində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Həmçinin 110 kV-luq "Xudat-Yalama" hava xəttində və 110/35/10 kV-luq "Yalama" yarımstansiyasında həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 14:00-dan 17:00-dək Xaçmazın Aslanoba, Dalğalı, Günəşli, Xanoba, Meşəli, Samurçay, Tağaroba, Vələmir, Xuray, Yalama, Zuxuloba, Qusarın Düztahir, Gilahoba, Haçatala, Həzrəoba, Qaratoba, Torpaqkörpü, Xuluqoba, Əniqoba kəndlərinin bəzi ərazilərində enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Ağdaşda bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılarkən Mürsəl və Orta Ləki kəndlərində enerjinin verilişi saat 11:00-dan saat 16:00-dək məhdudlaşdırılacaq.
Göyçayın Alıkənd, Çərəkə, Hüngütlü, Xəlitli, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mallı Şıxlı, Mırtı, Yalman, Yeniarx kəndlərinin bir sıra yerlərində bəzi 10 kV-luq hava xətlərinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqələrində (KTM) yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 17:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Mingəçevirdə 6 kV-luq hava xəttinə toxunan ağacların budanması və təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 14:00-dək şəhər ərazisində 20 Yanvar, Müslüm Maqomayev və Nəriman Nərimanov küçələrini əhatə edəcək.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
dəqiqələr içində saytın olsun.