19 Aprel 2023, 11:13
Hacı Əliyev: "Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam"
Hacı Əliyev: "Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam" şəkil
Hacı Əliyev: "Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam"

Bu, mənim çox vacib qələbə, əla nəticədir. Ölkə tarixində dördqat Avropa çempionu olan ilk (kişilər arasında - red.) güləşçiyəm".

"Operativ Media" xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında deyib.

O, bir neçə titula sahib olsa da, hər yarışa yeni istəklə çıxdığını bildirib: "Çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.

Dördqat Avropa, üçqat dünya çempionu olan 32 yaşlı idmançı Olimpiya qızılını da qazanaraq karyerasını bitirmək istədiyini qeyd edib: "Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir. Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam".

Son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək