Menyu

Azərbaycanla Həştərxan arasında biznes əməkdaşlığı müzakirə olunub

Operativ Media
Azərbaycanla Həştərxan arasında biznes əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşüb.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanla Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Qarşılıqlı investisiya imkanlarının təşviqi, biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Birgə təşəbbüslərin və təşkil olunan işgüzar tədbirlərin iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

Tərəflər regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər