Menyu

"İnter" Federiko Dimarko ilə müqaviləni uzatmaq niyyətindədir

Operativ Media
"İnter" Federiko Dimarko ilə müqaviləni uzatmaq niyyətindədir
1 dəq oxu

"İnter" müdafiəçisi Federiko Dimarko ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yub.

​28 yaşlı futbolçunun Milan klubu ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir. Mənbənin bildirdiyinə görə, "İnter" müqavilənin müddətini 2028-ci ilə qədər uzatmaq barədə bəndi aktivləşdirmək niyyətindədir. Yaxın zamanlarda tərəflər 2030-cu ilin yayına qədər yeni müqavilənin imzalanması ilə bağlı da danışıqlar aparacaqlar.

​Dimarko 2025/2026 mövsümündə "İnter"in heyətində bütün turnirlərdə meydana çıxdığı 47 oyunda 8 qol vurub və 18 məhsuldar ötürmə edib. İtaliyalı oyunçu İtaliya çempionatında mövsümün ən yaxşı futbolçusu seçilib.

​"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər