Menyu

Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib

Operativ Media
Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
1 dəq oxu

Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında suya tullanma üzrə “Gələcəyə Doğru” turniri baş tutub.

Operativ Media xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ümumilikdə 23 idmançı 7 kateqoriya üzrə çıxış ediblər.

Turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə suya tullanma idman növünə olan marağın artırılması, kütləviliyin təmin edilməsi və bu sahədə gələcək vəd edən istedadlı idmançıların aşkar olunmasıdır.

Mükafatçılara ASF tərəfindən medallar, diplomlar və sertifikatlar təqdim olunub.

Əlaqəli Xəbərlər