Menyu

FİFA Nepal assosiasiyasını təşkilatdan kənarlaşdırıb

Operativ Media
FİFA Nepal assosiasiyasını təşkilatdan kənarlaşdırıb

FİFA Nepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü dayandırıb.

Operativ Media "The Himalayan Times" qəzetinə istinadən xəbər verir ki, bu qərar səbəbindən Nepalın yığma komandası və klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər. Mənbə bildirir ki, sözügedən addım Milli İdman Şurasının (NSC) ANFA nizamnaməsini pozması, assosiasiyadakı seçki prosesi ətrafında yaranmış münaqişənin tənzimlənməməsi və seçkilərə kənar şəxslərin müdaxiləsi ilə bağlıdır.

​Bununla yanaşı, ANFA FİFA üzvlüyü hüquqlarından da məhrum edilir. Assosiasiya və onun nümayəndələri FİFA, həmçinin Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramlarında, kurslarında və təlimlərində iştirak edə bilməyəcəklər.

​FİFA üzvlüyün bərpası üçün iki şərt irəli sürüb:

​Milli İdman Şurasının (NSC) ANFA İcraiyyə Komitəsinin fəaliyyətini üç ay müddətinə dayandıran 25 mart tarixli qərarının tam və qeyd-şərtsiz ləğv edilməsi;

​Assosiasiyaya başlamış seçki prosesini öz nizamnaməsinə uyğun şəkildə başa çatdırmaq imkanının yaradılması.

​Qadağa növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq. FİFA-nın rəsmi məktubunun surəti AFC-yə göndərilib, həmçinin ali futbol qurumu bu qərar barədə bütün üzvlərini məlumatlandırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər