Menyu

"Bavariya" PSV-nin yarımmüdafiəçisini transfer edir

Operativ Media
"Bavariya" PSV-nin yarımmüdafiəçisini transfer edir
1 dəq oxu

Münhenin "Bavariya" klubu PSV ilə yarımmüdafiəçi İsmayıl Saybarinin transferi barədə prinsipial razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu barədə "Fussballdaten" nəşri məlumat yayıb.

​Mənbənin bildirdiyinə görə, Münhen təmsilçisi 25 yaşlı futbolçu üçün 50 milyon avro, əlavə olaraq isə bonus şəklində daha 5 milyon avro ödəyəcək. Bu transfer Niderland klubu üçün rekord göstərici olacaq. Müqavilədə həmçinin Saybarinin növbəti satışından PSV-yə pay verilməsi də nəzərdə tutulub.

​Mərakeşli futbolçunun "Bavariya" ilə 2021-ci ilə qədər müqavilə şərtlərini razılaşdırdığı və hazırda Mərakeş millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak etmək üçün getdiyi ABŞ-da tibbi müayinədən keçdiyi bildirilir.

​Saybari ilə "PSJ", "Tottenhem" və "Mançester Yunayted" klubları da yaxından maraqlanırdı.

Əlaqəli Xəbərlər