Menyu

Xətaidə 55 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Operativ Media
Xətaidə 55 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 47 yaşlı Hafiz Hüseynovdan 11 kiloqramdan artıq tiryək və marixuana, əvvəllər məhkum olunmuş 32 yaşlı Sərhad Eminovdan 21 kiloqrama yaxın marixuana və 39 yaşlı Rüstəm Mədətovdan isə 22 kiloqram marixuana aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 55 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. 

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xətai RPİ əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 103 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər