Menyu

Munir Vəliyev "Muğan Bank" ASC-nin Müşahidə Şurasının sədri təyin edilib

Redaksiya
Munir Vəliyev "Muğan Bank" ASC-nin Müşahidə Şurasının sədri təyin edilib

Munir Vəliyev "Muğan Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Bank məlumat yayıb.

Onun sədr vəzifəsində əvəz etdiyi Elmir Mehdiyev isə bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcək.

Bundan başqa, indiyə qədər Şurada təmsil olunan Urfan Göyüşov və Şaiq Ələkbərov vəzifələrindən azad edilib, onları Amil Vəliyev, Ramiz Dadaşov və Teymur Vəliyev əvəzləyib.

Bundan başqa, "Muğan Bank"ın səhmlərinin 11,58 %-nə nəzarət edən, ötən ilin noyabr ayında vəfat etmiş Maqbet Mehdiyevin payı Bankın digər səhmdarı - Fəridə Mehdiyeva keçib və onun payı 10,03 %-dən 21,61 %-ə çatıb. Digər səhmdarların payı isə dəyişməyib. E.Mehdiyev yenə də səhmlərin 67,74 %-nə, Vəfa Vəliyeva isə 10,65 %-nə nəzarət edir.

Teqlər:

"Munir Vəliyev \"Muğan Bank\" ASC-nin Müşahidə Şurasının sədri təyin edilib"

Əlaqəli Xəbərlər