Menyu

Paytaxt sakini: Çay Festivalı yerli istehsalçılar üçün yeni imkanlar yarada bilər

Əsəd Abbaslı
Paytaxt sakini: Çay Festivalı yerli istehsalçılar üçün yeni imkanlar yarada bilər
1 dəq oxu

Bakıda keçirilən ilk Çay Festivalı paytaxt sakinlərinin marağına səbəb olub.

Operativ Media  xəbər verir ki, festivalda iştirak edən paytaxt sakini Ülvi Günəşli tədbirin maraqlı keçdiyini bildirib.

O qeyd edib ki, Azərbaycanda çayçılıq ənənələri uzun illərdir mövcuddur və xüsusilə cənub bölgəsində istehsal olunan çaylar öz ətri və dadı ilə seçilir.

Ü.Günəşli bildirib ki, son illərdə yerli çay brendlərinin xarici bazarlara çıxması sevindirici haldır.

Onun sözlərinə görə, festivalda müxtəlif çayların və şirniyyatların dadına baxmaq, ailə ilə birlikdə vaxt keçirmək mümkündür.

Paytaxt sakini belə tədbirlərin davamlı keçirilməsini arzuladığını və festivalın təşkilatçılarına təşəkkür etdiyini bildirib.

Əlaqəli Xəbərlər