Menyu

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Operativ Media
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
1 dəq oxu

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.

Bu barədə Operativ Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyindən (DMA) məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-ci il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Əlaqəli Xəbərlər