Menyu

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlir

Operativ Media
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlir
1 dəq oxu

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Sadır Japarov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.

"Tədbir çərçivəsində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri qarşılıqlı əlaqələrin genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələləri üzrə regional əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı aktual məsələləri müzakirə edəcəklər. Müşavirənin yekununda əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul olunması gözlənilir", – məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər