Menyu

Sosioloq: Məktəbli geyimi ətrafındakı təxribatlar təhsilimizə zərər vurmağa yönəlib

Ayşən Sadıxzadə
Sosioloq: Məktəbli geyimi ətrafındakı təxribatlar təhsilimizə zərər vurmağa yönəlib
1 dəq oxu

“Vahid məktəbli geyimi ilə bağlı qərarın pozulmasına yönələn, təxribat xarakteri daşıyan hərəkətlər düzgün deyil. Mən bunu valideynlərin öz şüurları ilə uşaqlarını təhsildən uzaqlaşdırması kimi qiymətləndirirəm”.

Operativ Media xəbər verir ki, bunu Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, elmlər doktoru, dosent Səadət Məmmədova deyib.

O bildirib ki, vahid məktəbli geyimi şagirdlər arasında sosial bərabərliyin təmin olunmasına və onların münasibətlərinin tənzimlənməsinə xidmət edir.

S.Məmmədovanın sözlərinə görə, uşaqların müəyyən geyimlərə üstünlük verməsi hər zaman onların şəxsi seçimi olmur. Valideynlərin bu istiqamətdə təsiri uşaqların digər şagirdlərdən fərqləndirilməsinə və onların seçim azadlığının məhdudlaşmasına səbəb ola bilər.

O qeyd edib ki, məktəbli geyimi ilə bağlı qaydalar yalnız dini atributları əhatə etmir. Buraya şagirdlərin geyim tərzi, saç kəsimi, ayaqqabıları və aksesuarlardan istifadəsi ilə bağlı tələblər də daxildir.

S.Məmmədova hesab edir ki, məktəbli geyimi ilə bağlı qərardan müəyyən qüvvələr Azərbaycanın təhsil sisteminə zərər vurmaq məqsədilə istifadə etməyə çalışa bilərlər.

“Biz yüzillər boyu qadınların təhsil alması uğrunda mübarizə aparmışıq. Hazırda isə yalnız geyim məsələsinə görə, özü də uşaqların öz seçimi olmadan, valideynlərin təhriki ilə geyindirildikləri paltarlara görə onların təhsildən uzaqlaşdırılması, məncə, çox uyğunsuz bir haldır”, – deyə o vurğulayıb.

Əlaqəli Xəbərlər