Menyu

“Venesia” baş məşqçisi Covanni Stropanı vəzifəsindən azad edib

Operativ Media
“Venesia” baş məşqçisi Covanni Stropanı vəzifəsindən azad edib
1 dəq oxu

“Venesia” klubu əsas komandanın baş məşqçisi Covanni Stropa ilə yollarını ayırıb.

Operativ Media xəbər verir ki, 58 yaşlı mütəxəssis 2025-ci ilin yayından İtaliya təmsilçisini çalışdırırdı. Klub bu ilin iyulunda onunla müqavilənin müddətini 2029-cu ilə qədər uzatmışdı.

Stropanın rəhbərliyi altında “Venesia” A Seriyasına yüksəlib. Lakin komanda 2026/2027 mövsümündə İtaliya çempionatında keçirdiyi altı oyunun hamısında məğlub olub. Hazırda kollektiv turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.

Covanni Stropa karyerası ərzində “Kremoneze”, “Montsa” və “Krotone” klublarını da çalışdırıb. O, həmçinin “Milan”ın sistemində və digər klublarda fəaliyyət göstərib.

Əlaqəli Xəbərlər