Menyu

AMB: Banklar LCR-la bağlı yeni requlyativ tələbə artıq uyğunlaşıblar

Operativ Media
AMB: Banklar LCR-la bağlı yeni requlyativ tələbə artıq uyğunlaşıblar
1 dəq oxu

Azərbaycan bankları Likvidliyin Örtülmə Əmsalı (LCR) ilə bağlı yeni requlyativ tələbə artıq uyğunlaşıblar.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Xatırladaq ki, 2025-ci il avqustun 1-dən 2027-ci il dekabrın 1-nə qədər mərhələli artım təmin olunmaqla, AMB yeni requlyativ tələb -

Milli valyutada likvidliyin örtülməsi əmsalını tətbiq etməyə başlayıb. Belə ki, yeni tələbə uyğun olaraq 2025-ci ilin 1 avqust tarixindən

minimum tələb sistem əhəmiyyətli banklar üzrə 50 %, digər banklar üzrə isə 40 % olmaqla, 2027-ci ilin 1 dekabr tarixindən etibarən bu tələbin bütün banklar üzrə 100 %-ə kimi artırılması nəzərdə tutulub. 2026-cı il iyunun sonu tarixinə bu tələb sistem əhəmiyyətli banklar üzrə 80 %, digər banklar üzrə isə 70 % təşkil edib. Bu tələbin tətbiqində əsas məqsəd bankların manatda qısa müddətli likvidlik ehtiyaclarını ödəmək qabiliyyətini artırmaq, o cümlədən bankların stresli dövrlərdə kifayət qədər yüksək keyfiyyətli likvid aktivlər saxlamasını təmin etməklə maliyyə sistemində likvidlik böhranlarının qarşısını almaq və maliyyə stabilliyini gücləndirmək olub.

Həm milli, həm də xarici valyutada yüksək keyfiyyətli likvid aktivlərin həcmində artım müşahidə olunur. Bankların likvidlik normativlərinə riayət etmək məqsədilə likvid vəsaitlərin daha etibarlı şəkildə idarə etməsi milli valyutada yüksək keyfiyyətli likvid aktivlərin artımını şərtləndirmişdir. Eyni zamanda, banklararası overnayt depozitlərin artması xarici valyutada yüksək keyfiyyətli likvid aktivlərin artmasını

şərtləndirib. 2025-ci ildə "Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası"na edilmiş dəyişikliklərdən sonra yüksək keyfiyyətli likvid aktivlərin əhatə dairəsi genişləndirilib, AMB-də aparılmış repo əməliyyatları çərçivəsində yerləşdirilmiş vəsaitlər və AMB-də 30 günə qədər yerləşdirilmiş depozitlər, həmçinin AMB-də və banklarda yerləşdirilmiş overnayt depozitlər yüksək keyfiyyətli likvid aktivlər kimi

təsnifləşdirilib.

Dövr ərzində aktiv və öhdəliklərin müddət strukturunda dəyişiklik müşahidə olunmayıb. Müddət strukturu üzrə öhdəliklərin 81 %-i, aktivlərin isə 52 %-i 1 ildən aşağı müddətə malikdir. Banklar aktiv və öhdəlikləri arasında müşahidə olunan müddət uyğunsuzluğunu adekvat məbləğdə likvid ehtiyatlar saxlamaqla effektiv şəkildə idarə edirlər.

Əlaqəli Xəbərlər