Menyu

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqlərə məruz qalması ilə bağlı iddialar yalandır

Operativ Media
Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqlərə məruz qalması ilə bağlı iddialar yalandır
1 dəq oxu

“Azərbaycanda müsəlmanların təzyiqlərə məruz qalması ilə bağlı iddialar tamamilə yalandır”.

Operativ Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-nin efirində bildirib.

O bildirib ki, Azərbaycanın dini tolerantlıq siyasəti, məscidlərin bərpası və dini ocaqlara göstərilən diqqət ölkədə İslama münasibətin göstəricisidir.

QMİ sədri qeyd edib ki, Ermənistanın işğalı dövründə Qarabağda çoxsaylı məscidlər dağıdılıb, talan edilib və dini abidələrə qarşı hörmətsiz münasibət göstərilib. A.Paşazadə Ağdam məscidində gördüklərinin şahidi olduğunu, müharibə zamanı şəhidlərin və yaralıların həmin məscidə gətirildiyini xatırladıb.

O, Azərbaycanda dini abidələrin bərpası, məscidlərin təmiri və dindarlara dəstək göstərilməsinin ölkənin dini dəyərlərə münasibətini əks etdirdiyini vurğulayıb.

Əlaqəli Xəbərlər