Menyu

Bakıda ət niyə baha satılır? - VİDEO

Nicat Hüseynli
Bakıda ət niyə baha satılır? - VİDEO
1 dəq oxu

Bakıda dana ətinin kiloqramı 19 manat, Bərdədə 17 manat 50 qəpik, Beyləqanda isə 17 manatdır.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, ətin alış qiyməti artsa da, satış azalıb. Bərdədə gündəlik satışın 100 kiloqramdan 40 kiloqrama düşdüyü bildirilib.

Paytaxtda qiymət fərqi daşınma və digər xərclərlə əlaqələndirilir. Quzu ətinin kiloqramı Bakıda 21 manat, əmlik quzuların əti isə 23–25 manatdır.

Qəssablar heyvan qıtlığı səbəbindən ətin daha da bahalaşa biləcəyini deyirlər.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər