Menyu

Umarali Rahmonaliyev: İndiki çıxışımızdan da yaxşı performans göstərmək istəyirik

Operativ Media
Umarali Rahmonaliyev: İndiki çıxışımızdan da yaxşı performans göstərmək istəyirik
1 dəq oxu

​"Sabah" futbol klubunun özbəkistanlı yarımmüdafiəçisi Umarali Rahmonaliyev komandanın çıxışı və qazanılan qələbə barədə danışıb.

​Operativ Media xəbər verir ki, yarımmüdafiəçi ilk növbədə Bakıdakı qarşılaşmanın əhəmiyyətinə toxunub:

​"Çox vacib qarşılaşma idi. Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə etdik. Bu oyunu səbirsizliklə gözləyirdik və qalib gəlməyimiz vacib idi. Çünki Bakıda liqa mərhələsində ilk ev oyunumuz idi. Azarkeşlərimizin önündə qələbə qazanmaq bizi çox sevindirdi".

​Futbolçu rəqibin oyun üslubunu və matça hazırlıq prosesini dəyərləndirib:

​"Qarşılaşma bizim üçün bir qədər çətin keçdi. "Slaviya"nın aqressiv oyunu işimizi çətinləşdirirdi. Ancaq rəqibi təhlil etmiş və bu matça yaxşı hazırlaşmışdıq. Meydana tam hazır vəziyyətdə çıxmışdıq".

​Rahmonaliyev komandanın uğurunun şəxsi nəticələrdən üstün olduğunu vurğulayıb:

​"Mənim üçün əsas olan komandanın qələbə qazanmasıdır. Özüm qol vurub komandamız qalib gəlsə, buna çox sevinərəm. Amma fərqlənməsəm belə, komanda qələbə qazanırsa, bu da mənim üçün kifayətdir. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Həmin matçlara tam hazır olmalıyıq. Daha ciddi hazırlaşaraq indiki çıxışımızdan da yaxşı performans göstərmək istəyirik. Çünki bundan sonra daha güclü rəqiblərlə qarşılaşacağıq".

​Yarımmüdafiəçi gələcək qarşılaşmalar barədə proqnoz verməkdən imtina edərək mübarizə əzmini dile gətirib:

​"Mən oyunlardan və turlardan əvvəl proqnoz vermirəm. Nəticə Allahdan asılıdır. Nə deyə bilərəm ki? İnşallah, qarşıdakı matçlara 100 yox, 200 faiz hazır olacağıq. Meydanda hər metr uğrunda mübarizə aparacaq, bütün gücümüzü ortaya qoyacağıq. Nəticənin necə olacağını isə əvvəlcədən bilmək mümkün deyil".

​O, həmçinin stadionda gördüyü azarkeş dəstəyinə diqqət çəkib:

​"Bu gün stadionda Özbəkistan bayrağını da gördüm. Özbəkistandan olan qardaşlarımız da bizə dəstək vermək üçün gəlmişdilər. Düşünürəm ki, növbəti oyunlarda onların sayı daha da artacaq".

Əlaqəli Xəbərlər