Menyu

Elmir Məmmədov: Bu proqram sırf sağlamlıq məhdudiyyəti olan tələbələrin işlə təmin olunmasına yönləndirilir

Operativ Media
Elmir Məmmədov: Bu proqram sırf sağlamlıq məhdudiyyəti olan tələbələrin işlə təmin olunmasına yönləndirilir
1 dəq oxu

“Hazırda üzərində ciddi çalışdığımız və artıq son iki ildir tətbiq etdiyimiz “Tələbə akselerasiyası proqramı” adlı bir layihəmiz var”.

Operativ Media xəbər verir ki, bunu SOCAR TECH-in Baş icraçı direktorun müavini Elmir Məmmədov Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bu proqram sırf sağlamlıq məhdudiyyəti olan tələbələrə yönləndirilir və onların staj proqramından başlayaraq iş mühitinə inteqrasiyasını təmin edən bir yoldur:

“Biz bu proqramı SOCAR olaraq başlatdığımızda onu böyük müəssisələrimizə staj proqramı kimi təqdim etdik. Staj proqramından sonra bu əməkdaşlara ciddi şəkildə mentorlar təyin olundu, struktur rəhbərləri ilə işlədilər və bu proqramın nəticəsində doğru bir dəyərləndirmə aparılaraq işə qəbul etdiyimiz əməkdaşlarımız oldu”.

Əlaqəli Xəbərlər