Menyu

Fransalı tennisçi karyerasını bitirib

Operativ Media
Fransalı tennisçi karyerasını bitirib
1 dəq oxu

Fransalı tennisçi Qael Monfis karyerasını başa vurub.

Operativ Media xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin ikiqat yarımfinalçısı olan 39 yaşlı idmançı ATP turnirlərində 13 titul qazanıb və dünya reytinqində altıncı pilləyədək yüksəlib.

Beynəlxalq Tennisdə Dürüstlüyün Təminatı Agentliyinin (ITIA) nümayəndəsi Adrian Bassett bildirib ki, Monfis özü karyerasını bitirdiyini quruma çatdırıb və artıq turnirlərdə iştirak edə bilməz. Tennisçi 2026-cı ilin əvvəlində mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlasa da, əvvəlcə oktyabr-noyabr aylarında Lionda keçiriləcək ATP-250 turnirində və Paris “Masters”ində oynamağı planlaşdırırdı, lakin hər iki yarışdan çəkilib.

Monfis hələlik bununla bağlı rəsmi açıqlama verməyib və onun karyerasına vida mərasiminin keçirilib-keçirilməyəcəyi də məlum deyil.

Əlaqəli Xəbərlər