Menyu

"Venesiya" komandasının yeni baş məşqçisi müəyyənləşib

Operativ Media
"Venesiya" komandasının yeni baş məşqçisi müəyyənləşib
1 dəq oxu

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcıl 6 məğlubiyyətdən sonra oktyabrın 13-də işdən çıxarılan Covanni Stroppanı əvəz edib.

İtalyan mütəxəssisin son iş yeri ölkəsində "Kremoneze" klubu olub. O, daha əvvəl "Kalyari", "Empoli", "Salernitana", "Torino" və "Cenoa" komandalarına da rəhbərlik edib.

Qeyd edək ki, "Venesiya" altı turdan sonra A Seriyasının turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər