Menyu

Azərbaycan millisinin Çexiya ilə oyunu Lənkəranda olacaq

Operativ Media
Azərbaycan millisinin Çexiya ilə oyunu Lənkəranda olacaq
1 dəq oxu

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

Bu barədə Operativ Media-ya AFFA-nın Futzal departamentindən məlumat verilib.

DÇ-2028-in 12-ci qrupunda yer alan komanda noyabrın 5-də ev oyununa çıxacaq. Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalı 788 azarkeş tutumuna malikdir.

Əlaqəli Xəbərlər