Mahir Emreli hakimlərdən danışmaq istəmədi
Əziz Əzizli
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında vurduğu ilk qolla bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra İnstaqram hesabında yazıb: “Çox söz söyləyə bilərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, Mahir 40-cı dəqiqədə gözəl qola imza atıb. Bu, onun Super Liqada və “Konyaspor”da ilk rəsmi qolu olub.
Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net