Menyu

Nikaraquanın U-15 millisi Dünya Çempionatı üçün Bakıya gəlib

Operativ Media
Nikaraquanın U-15 millisi Dünya Çempionatı üçün Bakıya gəlib
1 dəq oxu

Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib.

Operativ Media AFFA-ya istinadən xəbər verir ki, bu, oktyabrın 22-də start götürəcək yarış çərçivəsində Bakıya gələn ilk kollektivdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan komandanın gəlişi ilə turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.

Oktyabrın 22-dən 30-dək davam edəcək beynəlxalq turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Futbolçuları bir araya gətirəcək yarışın təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.

Əlaqəli Xəbərlər