Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi ola bilər
Türkiyəli mütəxəssis Sergen Yalçının Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunmağa yaxın olduğu iddia edilir.
Operativ Media xəbər verir ki,bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Məlumata görə, tərəflər 2030-cu il dünya çempionatına qədər qüvvədə olacaq müqavilənin imzalanması ilə bağlı razılığa gəlməyə yaxındırlar.
53 yaşlı mütəxəssisin son iş yeri “Beşiktaş” olub. O, may ayında İstanbul təmsilçisindən ayrılıb. Yalçın daha əvvəl də bu kluba rəhbərlik edib və 2020/2021 mövsümündə komanda ilə Türkiyə çempionluğu və kubokunu qazanıb.
Mütəxəssis karyerası ərzində “Antalyaspor”, “Alanyaspor”, “Konyaspor”, “Əskişəhərspor”, “Kayserispor”, “Qaziantepspor” və “Sivasspor” klublarını da çalışdırıb.
Qeyd edək ki, Türkiyə millisinin əvvəlki baş məşqçisi Vinçentso Montellanın vəzifəsindən ayrıldığı oktyabr ayında açıqlanıb. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında qrup mərhələsini keçə bilməyib. Daha sonra Türkiyə millisi Millətlər Liqasının ilk dörd oyununda Fransa (0:1), İtaliya (1:4, 1:3) və Belçikaya (0:3) məğlub olub.