Menyu

Rusiyada qatarla mikroavtobus toqquşub, 6 nəfər ölüb

Nicat Hüseynli
Rusiyada qatarla mikroavtobus toqquşub, 6 nəfər ölüb
1 dəq oxu

Rusiyanın Uzaq Şərqində yerləşən Yəhudi Muxtar Vilayətində sərnişin qatarı ilə mikroavtobusun toqquşması nəticəsində 6 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə mikroavtobusun qırmızı işıqda dəmir yolu keçidinə daxil olması nəticəsində baş verib.

“Qatarda olan sərnişinlər və heyət üzvləri xəsarət almayıb, qatar relsdən çıxmayıb”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər