Menyu

Keniyada binanın çökməsi nəticəsində 31 nəfər dağıntılar altında qalıb

Operativ Media
Keniyada  binanın çökməsi nəticəsində  31 nəfər dağıntılar altında qalıb
1 dəq oxu

Keniyanın paytaxtı Nayrobidə çoxmərtəbəli binanın çökməsi nəticəsində 31 nəfər dağıntılar altında qalıb.

Operativ Media xəbər verir ki, bu barədə Keniya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Dağıntılar altında qalan insanların bəzisinin öldüyü, bir qisminin isə yaralı halda xəstəxanaya çatdırıldığı qeyd olunur.

Xilasetmə işləri davam etdirilir.

Hadisə ilə bağlı Keniya Cinayət İstintaq Departamentində cinayət işi açılıb.

Əlaqəli Xəbərlər