Menyu

Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edilib

Operativ Media
Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpənin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

"Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər