Menyu

Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib

Operativ Media
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
1 dəq oxu

Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, kralla görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

"Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi", - M. Əhmədzadə yazıb.

Əlaqəli Xəbərlər