Menyu

Fama Nyang: Bakı müasirliyi və təmizliyi ilə məni heyrətləndirib

Operativ Media
Fama Nyang: Bakı müasirliyi və təmizliyi ilə məni heyrətləndirib
1 dəq oxu

Məkan möhtəşəmdir, hər şey çox yaxşı təşkil olunub. Stadionlar əladır, burada həqiqətən böyük iş görüldüyü hiss olunur.

Bu sözləri Operativ Media-ya Parisdən olan Fama Nyang deyib.

O bildirib ki, meydanlar möhtəşəmdir, təşkilatçılıq və qarşılama yüksək səviyyədədir. Hələlik hər şey qüsursuzdur. Mən Bakını da çox sevirəm:

“Bakıya indicə gəlib çatmışam. Məni ilk heyrətləndirən şəhərin və ölkənin müasirliyi oldu. Açığı, bunu həqiqətən gözləmirdim. Düşünürəm ki, bu, möhtəşəmdir. Şəhər gözəldir və çox təmizdir. Hələlik çox gözəl qarşılanıram. İnsanlar mehribandır və açığı, sizin çox gözəl ölkəniz var”.

Əlaqəli Xəbərlər