Menyu

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Operativ Media
Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
1 dəq oxu

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayılıb. 

Filippin Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmanın aparıldığı müddətdə ölkədəki bütün "SF-260" təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb.

Filippin HHQ-nin məlumatına görə, hər iki təyyarə cümə günü Lipa şəhərində yerləşən Fernando aviabazası ərazisində qəzaya uğrayıb.

Əlaqəli Xəbərlər