Çin Tibetdəki zəlzələ ilə bağlı 80 milyon yuan ayırıb
Çin Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələdən sonra təcili yardım tədbirləri üçün 50 milyon yuan (təxminən 7,5 milyon ABŞ dolları) ayırıb, bərpa işlərinə isə əlavə 30 milyon yuan vəsait nəzərdə tutub.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxhua" agentliyi məlumat yayıb.
Bildirilib ki, Çinin Maliyyə Nazirliyi və Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi xilasetmə əməliyyatlarının aparılması və zəlzələdən zərər çəkən sakinlərə yardım göstərilməsi üçün birgə 50 milyon yuan vəsait ayırıb.
Milli İnkişaf və İslahatlar Komissiyası isə zədələnmiş infrastrukturun və ictimai xidmət obyektlərinin bərpasına dəstək məqsədilə mərkəzi büdcədən əlavə 30 milyon yuan vəsait ayırıb.
Bundan başqa, ölkədə zəlzələyə müdaxilə üzrə milli fövqəladə vəziyyət rejiminin səviyyəsi IV-dən III-ə yüksəldilib.